Azərbaycan MN: Hazırda təmas xəttində vəziyyət ordumuzun nəzarəti altındadır
  • HƏRBİ

  • 11:49 21 İyul 2020

Azərbaycan MN: Hazırda təmas xəttində vəziyyət ordumuzun nəzarəti altındadır

“Hazırda təmas xəttində vəziyyət ordumuzun nəzarəti altındadır”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.

V. Dərgahlı deyib ki, dünən gecə və səhər saatlarında düşmənin pilotsuz uçuş aparatları Tovuz və Ağdam istiqamətində kəşfiyyat uçuşları həyata keçirmək istəyib: “Hər iki pilotsuz aparat vurulub”.

Vaqif Dərgahlı onu da deyib ki, Ermənistan tərəfi hansısa tankımızın vurulması, “Qrad” yaylım atəşli reaktiv sistemindən istifadə olunması, qan çatışmazlığı kimi şayiələr yayırdılar. O, insanları düşmənin bu dezinformasiyalarına inanmamağa çağırıb: "Müdafiə Nazirliyinin məlumatlarının ictimaiyyətə çatdırılmasında rolu olan media nümayəndələrinə təşəkkür edirik. 2016-cı ilin aprel ayındakı əməliyyatlarda olduğu kimi Müdafiə Nazirliyinin elektron poçt qutusuna 10 minlərlə müraciət daxil olub. Bu günə olan məlumata əsasən, Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub. Eyni zamanda, vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirəm ki, müraciətlər Müdafiə Nazirliyinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə olmalıdır”.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR