Əməliyyat-taktiki təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürür.
Müdafiə Nazirliyinin məlumatına görə, PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.