Azərbaycan Ordusunda “NATO günləri” keçirilir
  • HƏRBİ

  • 16:40 14 Oktyabr 2019

Azərbaycan Ordusunda “NATO günləri” keçirilir

Azərbaycan Ordusunda “NATO günləri”nə start verilib.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, “N” nömrəli hərbi hissə və Müdafiə Nazirliyinin Beynəlxalq hərbi Əməkdaşlıq İdarəsini ziyarət edəcək.

Tədbir çərçivəsində zabit və kursant heyəti üçün “NATO bu gün və gələcəkdə”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun hərbi məsələləri”, “NATO-nun Əməliyyat İmkanları Konsepsiyası və Azərbaycan Ordusu” və digər mövzularda mühazirələr və təqdimatlar təqdim olunacaq.

Azərbaycan Ordusunda “NATO günləri” oktyabrın 18-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR