Azərbaycan Ordusunun hərbçisi şəhid olub
  • HƏRBİ

  • 16:46 11 Yanvar 2022

Azərbaycan Ordusunun hərbçisi şəhid olub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

ONA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - MN-in məlumatında deyilir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR