• HƏRBİ

    13:20 31 iyul 2023

Azərbaycan-Özbəkistan birgə hərbi təlimi başlayıb

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başlayıb.

ONA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən birgə təlimin birinci mərhələsində Azərbaycan və Özbəkistan hərbi qulluqçuları xüsusi döyüş fəaliyyətlərinin təşkili və planlaşdırılması üzrə tapşırıqları kompüter və xəritə üzərində icra ediblər.
Təlimin əsas məqsədi qarşılıqlı təcrübə mübadiləsinin aparılması, hər iki dövlətin hərbi qulluqçularının qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, həmçinin qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da yüksəldilməsidir.

Azərbaycan-Özbəkistan hərbi təlimi başlayıb - FOTO Azərbaycan-Özbəkistan hərbi təlimi başlayıb - FOTO Azərbaycan-Özbəkistan hərbi təlimi başlayıb - FOTO

ONA

Teqlər:

SON XƏBƏRLƏR