• HƏRBİ

    12:40 28 iyul 2023

Azərbaycan-Özbəkistan birgə hərbi təlimi keçiriləcək

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən Daşkənd vilayətinin Çirçik poliqonunda “UZAZ-2023 kompüter dəstəkli taktiki komanda-qərargah təlimi” keçiriləcək.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun təlimdə iştirak edəcək bir qrup hərbi qulluqçusu Özbəkistanda səfərdədir.

Özbəkistan-Azərbaycan birgə təlimində hərbi qulluqçular xüsusi hərbi əməliyyatların təşkili və aparılması üzrə mövzuları məşq etdirəcəklər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR