• HƏRBİ

    12:30 4 aprel 2024

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib.

ONA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda təlimə hazırlıq və icra olunacaq tapşırıqlarla bağlı bir sıra məsələlər müzakirə olunub.
Qeyd edək ki, cari ilin iyul ayında Qazaxıstan Respublikasının "Oymaşa" təlim poliqonu, eləcə də Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak Burnunda keçiriləcək təlimdə "Silahlı münaqişələrin yerinin müəyyən edilməsi istiqamətində təlim-döyüş tapşırıqlarının icrası" üzrə fəaliyyətlər yerinə yetiriləcək.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan birgə hərbi təlim keçirəcəkAzərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan birgə hərbi təlim keçirəcəkAzərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan birgə hərbi təlim keçirəcəkAzərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan birgə hərbi təlim keçirəcəkAzərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan birgə hərbi təlim keçirəcək

ONA

Teqlər:

SON XƏBƏRLƏR