• HƏRBİ

    10:55 1 fevral 2024

Azərbaycan-Serbiya hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə ikitərəfli hərbi əməkdaşlıq danışıqları keçirilib.

ONA xəbər verir ki, bu barədə MN-dən bildirilib.

Məlumata görə, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR