Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb - [color=red]VİDEO[/color]
  • HƏRBİ

  • 16:14 23 İyul 2019

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb - VİDEO

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

ONA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

OXŞAR XƏBƏRLƏR