• HƏRBİ

    14:10 16 avqust 2021

Azərbaycan sülhməramlılarının həyatı üçün hazırda təhlükə yoxdur - MN

Kabil beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil.

ONA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur.

Bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR