Azərbaycan sülhməramlılarının yeni heyəti Cənubi Sudanda fəaliyyətə başlayıb
  • HƏRBİ

  • 11:49 07 Aprel 2020

Azərbaycan sülhməramlılarının yeni heyəti Cənubi Sudanda fəaliyyətə başlayıb

BMT-nin sülhməramlı missiyasının (UNMISS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada iştirak edən Azərbaycan Ordusunun zabitləri plana uyğun olaraq, Bakıya qayıdıb.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayından BMT-nin sülhməramlı missiyasında iştirak edən Azərbaycan hərbçilərinin fəaliyyəti beynəlxalq hərbi komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

Cənubi Sudana rotasiya qaydasında göndərilən Azərbaycan Ordusunun yeni heyəti isə bu ölkənin paytaxtı Cuba şəhərindəki missiyada fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Milli Məclisi 2018-ci il noyabrın 30-da BMT-nin sülhməramlı missiyasının komandanlığı altında Cənubi Sudan Respublikasında hərbi qulluqçularımızın yerləşdirilməsi və missiyada iştirakı haqqında qərar qəbul edib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR