• HƏRBİ

    10:34 3 may 2019

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri davam edir - FOTOSESSİYA

Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, 1-3 may tarixlərində "Mustafa Kamal Atatürk-2019" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşmasının yüksək səviyyədə saxlanılmasıdır.

Təlimə hər iki tərəfdən1000-ə yaxın şəxsi heyət, 60 döyüş texnikası, 30 artilleriya qurğusu, 20 helikopter cəlb olunub.

Azərbaycan tərəfdən təlimə polkovnik İlqar Lətifov, Türkiyə tərəfdən Murat Dirik rəhbərlik edir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR