• HƏRBİ

    12:24 25 sentyabr 2019

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin təlimində xüsusi atış çalışmaları yerinə yetirilib

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən Bakıda keçirilən “Qafqaz Qartalı - 2019” birgə təlimi çərçivəsində xüsusi təyinatlı qüvvələr avtomat, tapança, snayper tüfəngi və birdəfəlik qumbaraatanlardan xüsusi atış çalışmaları yerinə yetiriblər.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, qarışıq atəş qrupları tərkibində icra edilən atışlar zamanı xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR