• HƏRBİ

    16:22 24 may 2019

Azərbaycan və Belarus arasında hərbi inspeksiya sahəsində əməkdaşlığa dair işçi görüşü keçirilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında imzalanmış 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi inspeksiya üzrə ekspertləri səviyyəsində işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumatagörə, mayın 24-də Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi general-mayor Zakir Ağayev ölkəmizdə səfərdə olan belaruslu həmkarı general-mayor İvan Boquslavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər hərbi inspeksiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıb, əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR