• HƏRBİ

    17:36 22 mart 2019

Azərbaycan və Pakistan terrorizmə qarşı mübarizədə əməkdaşlığı inkişaf etdirəcək

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Zübair Mahmud Həyat ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Pakistan arasında təhlükəsizlik, müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində, eləcə də terrorizmə qarşı mübarizədə əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub.

Görüşdə iki ölkə arasında döyüş hazırlığı, ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin təşkili, iki ölkə ordularının bütün qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR