• HƏRBİ

    18:05 7 aprel 2019

Azərbaycan və Səudiyyə Ərəbistanı hərbi sahədə əməkdaşlıq edəcək

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

ONA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə ölkələrimizin orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR