• HƏRBİ

    15:51 3 oktyabr 2021

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2021” təlimi keçirəcək

Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusuna dəstək vermək məqsədi ilə Ermənistan işğalından azad edilən ərazilərdə minatəmizləmə və bu sahədə təlimlərə dəstəyini davam etdirir.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu bu gün Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmisi Pınar Kara bildirib.
P. Kara deyib ki, “Qardaş Briqada” layihəsi çərçivəsində birgə təlim və tədris fəaliyyəti də davam edir: “Sarsılmaz Qardaşlıq-2021” təlimi 5-8 oktyabr tarixlərində Naxçıvanda keçiriləcək. Təlimin məqsədi Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında dostluq, əməkdaşlıq və koordinasiyasını inkişaf etdirməkdir. "İki dövlət, bir millət" anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı davalarında bu günə qədər olduğu kimi bundan sonra da bütün imkanlarımızda yanlarında olmağa davam edəcəyik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR