• HƏRBİ

    18:48 28 yanvar 2021

Azərbaycan və Türkiyə hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti "Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında 8-ci Qərargah danışıqları" toplantısında iştirak etmək məqsədilə Ankara şəhərinə səfər edib.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib. Məlumata görə, görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Səfər zamanı nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib, məzar önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR