• HƏRBİ

    18:22 11 iyun 2019

Azərbaycan və Türkiyə müdafiə nazirləri Qəbələyə gəliblər

Azərbaycan və Türkiyənin müdafiə nazirləri Qəbələyə gəliblər.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, iyunun 11-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəliblər.

Qeyd edək ki, bu gün Gürcüstanın müdafiə naziri Levan İzoria da Qəbələyə gəlib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR