Azərbaycanda hərbi vəziyyət ləğv olunub.
APA-nın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilib.