• HƏRBİ

    12:10 24 fevral 2019

Azərbaycandakı Əfqanıstan müharibəsi veteranlarının sayı açıqlanıb

Azərbaycanda 7 minə yaxın Əfqanıstan müharibəsi veteranı var.

ONA-nın xəbərinə görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov deyib.

O bildirib ki, 10 illik Əfqanıstan müharibəsində 9000-dən artıq azərbaycanlı iştirak edib, onlardan 208-i müharibədə həlak olub, 420 nəfər əlil olub, 7 nəfər isə itkin düşüb.

Xidmət rəisi qeyd edib ki, Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdikləri igidliklərə görə Azərbaycanın Milli Qəhrəmanı adına, yüzlərlə veteran isə müxtəlif orden və medallara layiq görülüblər.

Qeyd edək ki, 1979-cu il dekabrın 25-dən 1989-cu il fevralın 15-dək keçmiş Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR