• HƏRBİ

    10:15 4 aprel 2023

Azərbaycanın hərbi pilotlarının təlimində gecə uçuşları icra edilib - VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını davam etdirir.

ONA MN-ə istinadən xəbər verir ki, bazalanma aerodromlarından gecə uçuşları icra edən aviasiya vasitələrinin ekipajları ərazinin qiymətləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və digər epizodlar üzrə müxtəlif tapşırıqları icra ediblər.
Uçuş heyətinin döyüş hazırlığının daha da artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR