Azərbaycanın Müdafiə naziri Moskvada keçiriləcək hərbi paradda qonaq qismində iştirak edəcək
  • HƏRBİ

  • 11:34 22 İyun 2020

Azərbaycanın Müdafiə naziri Moskvada keçiriləcək hərbi paradda qonaq qismində iştirak edəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov  Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, general-polkovnik Z. Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edəcək.

Nümayəndə heyəti iyunun 23-də Moskva şəhərinə yola düşəcək.

Qeyd edək ki, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR