• HƏRBİ

    18:14 3 fevral 2020

Azərbaycanın Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması ilə əlaqədar Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, başsağlığında deyilir: “Suriyanın İdlib şəhərində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR