Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov fevralın 11-də bu ölkəyə yola düşüb.
ONA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, Z.Həsənov Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”-in yekun mərhələsini izləyəcək.