• HƏRBİ

    19:02 16 may 2019

Azərbaycanla Çexiya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Bu gün Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-mayor Fuad Məmmədov ölkəmizdə səfərdə olan Çexiyanın “Ceska Zbrojovka Group SE” şirkətinin prezidenti Lyubomir Kovarikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə ONA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Çexiya arasında həyata keçirilən hərbi-texniki əməkdaşlıq çərçivəsində birgə fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub, şirkətin istehsal etdiyi hərbi təyinatlı məhsulların taktiki-texniki xassələri və tətbiqi imkanlarına dair təqdimat keçirilib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR