• HƏRBİ

    17:49 26 sentyabr 2024

Azərbaycanla İsrail arasında hərbi sahə üzrə memorandum imzalanıb

İsrail ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq genişlənməkdə davam edir.

APA xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” platformasında bildirib.

O qeyd edib ki, “AS Holdings” və onun törəmə şirkəti, NATO standartlarına uyğun yüngül silahların istehsalı və inkişafı üzrə ixtisaslaşmış beynəlxalq şirkət olan “Ari Arms” bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah”la Strateji Anlaşma Memorandumu imzalayıb.

“Bu əvəzolunmaz tərəfdaşlıq ölkələri daha da yaxınlaşdırır, müstəqillik və milli təhlükəsizliyi gücləndirmək üçün birgə inkişafa və birgə səylərə kömək edir. İmzalanma mərasimində müxtəlif nazirliklərin, idarələrin nümayəndələri, rəsmi şəxslər iştirak ediblər”, - diplomat qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR