• HƏRBİ

    18:50 14 noyabr 2023

Azərbaycanla Pakistan arasında hərbi və hərbi-texniki əməkdaşlıq müzakirə edilib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri davam edir.

ONA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyəti Pakistan İslam Respublikasının Aviasiya Kompleksinin sədri, aviasiya vitse-marşalı Nadim Axtar Xan ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR