• HƏRBİ

    16:55 14 mart 2019

Baş nazir: "Azərbaycan və Bolqarıstan zirehli jilet istehsalı üzrə birgə müəssisə yarada bilər"

“Azərbaycan və Bolqarıstan arasında dost və praqmatik əlaqələr mövcuddur”.

ONA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bolqarıstanın baş naziri Boyko Borisov deyib.

O vurğulayıb ki, iki ölkə müdafiə, tibb, təhsil və turizm sahələrində əməkdaşlıq edir: "Hazırda Azərbaycan və Bolqarıstan şirkətləri zirehli jilet istehsalı üzrə birgə müəssisənin yaradılması üzərində işləyir".

Baş nazirin sözlərinə görə, Bakıda keçirdiyi görüşlərdə həmçinin SOCAR-la birgə həyata keçirilən layihələr də müzakirə olunub.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR