• HƏRBİ

    14:37 4 aprel 2019

BMT Azərbaycandan əlavə hərbi qüvvə istəyib

“Biz kadr hazırlığında NATO-nun imkanlarından istifadə edirik”.

ONA-nın məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində bildirib.

Müdafiə naziri qeyd edib ki, zabitlərimiz NATO-nun müxtəlif təlimlərində, kurslarında iştirak edir.

Z. Həsənov bu yaxınlarda Nyu-Yorkda BMT-nin sülhməramlı əməliyyatlarının yerinə yetirilməsi üzrə quruma üzv ölkələrin müdafiə nazirlərinin toplantısında iştirakından da danışıb: “Azərbaycan sülhsevər dövlətdir. Digər tərəfdən, Azərbaycan Ordusunun hazırlığı yüksək səviyyədədir və bunu bütün dünya görür, Ordumuzu da bu proqramlara cəlb edir. BMT dünyada sülhməramlı tədbirlər həyata keçirir, hərbi qüvvələrə ehtiyac var. BMT hansı ordu güclüdürsə, ona müraciət edir. BMT Azərbaycana da müraciət etdi. Siyasi qərar olduğundan azərbaycanlı zabitlər bu sülhməramlı əməliyyatlarda iştirak etməyə başlayıblar. Mən son tədbirdə BMT baş katibi və baş katibin müavini ilə də görüşdüm. BMT Baş katibinin müavini ilə geniş müzakirə apardıq. Onlar yenə bizə müraciət edib, sülhməramlı əməliyyatlar üçün əlavə hərbi güc istəyiblər. Təbii ki, bu, siyasi məsələdir. Mən bunların hamısını təhlil edib, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə yazılı raport verəcəm. Qərar Ali Baş Komadan tərəfindən qəbul ediləcək. Ancaq bu gün BMT-nin bizə müraciət etməsinin özü də bir göstəricidir. Azərbaycan düzgün yoldadır və biz gələcəkdə də dünyada sülhə töhfə verəcəyik”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR