Bu gün Bakıda “Zəfər paradı” keçiriləcək
  • HƏRBİ

  • 09:59 10 Dekabr 2020

Bu gün Bakıda “Zəfər paradı” keçiriləcək

Bu gün Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.

APA-nın məlumatına görə, Bakının Azadlıq Meydanında keçiriləcək “Zəfər paradı”nı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvlərinin izləməsi gözlənilir.

Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi nəzərdə tutulur.

Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdiriləcək.

 

ONA

Teqlər: Zəfər paradı

OXŞAR XƏBƏRLƏR