Buzdux və digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir - [color=red]MN[/color]
  • HƏRBİ

  • 16:55 11 Avqust 2022

Buzdux və digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir - MN

Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir.

ONA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Qeyd olunub ki, azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR