• HƏRBİ

    11:31 2 avqust 2019

Cəbhə zonasında hərbi bölmələrin qışa hazırlığı yoxlanıb

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi heyət və hərbi birliyin komandanlığı cəbhə boyu zonada hündür dağlıq ərazi və sərt iqlim şəraitində yerləşən bölmələrdə olub.

ONA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər zamanı bölmələrin qışa hazırlıq işlərinin keyfiyyəti, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatı yoxlanılıb.

Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan nazir müavini qış dövrünə zəruri hazırlıq işlərinin görülməsi ilə əlaqədar müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı Müdafiə nazirinin tələblərini vəzifəli şəxslərə çatdırıb və konkret tapşırıqlar verib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR