• HƏRBİ

    13:15 25 aprel 2020

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 49-cu ildönümü qeyd edilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bu hərbi təhsil ocağının yaranmasının 49-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər hərbi təhsil ocağının yaranma tarixi, xüsusi qəhrəmanlıqları ilə seçilən məzunları və liseydə hazırda görülən işlər barədə danışıblar.

Sonda təhsildə fərqlənən kursantlar fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR