• HƏRBİ

    12:18 20 aprel 2019

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb

Müdafiə Nazirliyi (MN) Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.

ONA-nın MN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirin keçirilməsində məqsəd Azərbaycan ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanmasıdır. Birgə tədbirlər planına uyğun olaraq komitə nümayəndələri bu günlərdə Hərbi Dəniz Qüvvələrində dənizçilərlə görüşüb. Görüşdə gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu mövzusunda söhbətlər aparılıb və şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Teqlər:

SON XƏBƏRLƏR