• HƏRBİ

    13:47 27 mart 2020

Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb

27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

ONA xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR