• HƏRBİ

    15:38 27 fevral 2020

Dövlət Sərhəd Xidmətinin üç generalı istefaya buraxılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncamla aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıblar:

General-leytenant Cəbrayılov Asif Mikayıl oğlu

General-leytenant Xəlilov Əsgər Sabir oğlu

General-leytenant Tağızadə Fərhad Sabir oğlu.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Prezident İlham Əliyev adları çəkilən hərbi qulluqçuların təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə, general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu, general-leytenant Xəlilov Əsgər Sabir oğlu, general-leytenant Tağızadə Fərhad Sabir oğlu 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR