• HƏRBİ

    11:39 19 noyabr 2021

DSX: Bu ay Azərbaycan-İran sərhədinin işğaldan azad olunmuş sahəsinin 25 hektarı minadan təmizlənib, 38 mina aşkarlanıb

"Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal altındakı sərhədlərimizin azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması işləri davam etdirilir".

APA-nın xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında bildirilib. Məlumata görə, bu tədbirlər çərçivəsində dövlət sərhədinin işğaldan azad olunmuş sahəsində şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatlarının axtarışı, aşkarlanması və zərərsizləşdirilməsi fəaliyyətləri, eləcə də sərhəd mühafizə infrastruk­turunun bərpası və yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir.

Noyabr ayının ötən dövrü ərzində DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycan - İran dövlət sərhədi­nin işğaldan azad olunmuş sahəsinin 25 hektar məsafəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib, nəticədə 38 ədəd PMN-2 markalı piyada əleyhinə mina aşkar olunaraq partlayış üsulu ilə zərərsizləşdirilib.

Göstərilən istiqamətdə dövlət sərhədi boyunca 1230 m məsafədə mühəndis çəpərlərinin quraşdırılması tamamlanmış, 1300 m məsafədə işlər davam etdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR