• HƏRBİ

    15:22 30 oktyabr 2019

DSX: Ermənilər Qazaxda mövqelərimizi atəşə tutub

Oktyabrın 29-da axşam saatlarından başlanılmaqla Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun bir neçə kəndi və sərhəd döyüş mövqelərimiz istiqamətində atəşkəs rejimini davamlı surətdə pozublar.

ONA xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumata görə, bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə
susdurulub: "Eyni zamanda bildiririk ki, atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan mətbuatının məlumatları həqiqətə tam ziddir, hərbi qulluqçularımız tərəfindən qarşı tərəfin təxribatına cavab olaraq düşmən mövqelərinə doğru atəş açılıb, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq yaşayış məntəqələri istiqamətində və mülki şəxslərə qarşı silah tətbiq olunmayıb".

ONA

Teqlər:

SON XƏBƏRLƏR