• HƏRBİ

    13:42 16 mart 2019

DSX Ermənistan hərbçilərinin Azərbaycan vətəndaşını saxlaması barədə məlumata dair açıqlama yayıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi Azərbaycan vətəndaşının Ermənistan hərbçiləri tərəfindən saxlanması barədə məlumatlara münasibət bildirib.

Mətbuat Mərkəzindən ONA-ya bildirilib ki, Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb.

"Bu məlumatla əlaqədar Dövlət Sərhəd Xidməti bildirir ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alın­mış, həmin şəxsin Qazax rayonunun Yu­xarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub.

Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.

Hal-hazırda araşdırma işləri davam edir", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Ermənistan sərhədini pozmağa cəhd edən Azərbaycan vətəndaşının tutulduğu barədə məlumat yayıb. Tutularkən erməni əsgərlər onu ayağından yaralayıblar.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR