• HƏRBİ

    12:50 3 aprel 2020

DSX: Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

ONA-nın xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilir ki, 03 aprel tarixində saat 04:30-dan başlamaqla Qazax ra­yo­nunun Bala Cəfərli kəndi və kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Aygeovit kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR