DSX rəisi hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb
  • HƏRBİ

  • 11:26 25 İyul 2019

DSX rəisi hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev DSX-nın Sərhəd Qoşunlarının Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

DSX-dən ONA bildirilib ki, general-polkovnik Elçin Quliyev sərhəd zastavalarında və sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sərhədində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.

OXŞAR XƏBƏRLƏR