29-30 apreldə Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən günün müxtəlif vaxtlarında iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.
Bu barədə ONA-ya DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açılib.