Düşmənin zenit qurğusu sıradan çıxarılıb  - [color=red]VİDEO[/color]
  • HƏRBİ

  • 12:26 04 Noyabr 2020

Düşmənin zenit qurğusu sıradan çıxarılıb - VİDEO

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.

ONA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.
Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəflərini və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR