• HƏRBİ

    12:54 31 avqust 2023

Erməni silahlı dəstələrinin Şuşadakı mövqelərimiz qarşısında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Avqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", məlumatda deyilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR