• HƏRBİ

    11:45 3 avqust 2022

Erməni silahlıları Laçın istiqamətində Azərbaycan Ordusunun bölmələrini atəşə tutub, əsgərimiz şəhid olub

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

ONA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir! Allah rəhmət eləsin!

MN-in məlumatında qeyd olunub ki, bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR