• HƏRBİ

    17:43 15 oktyabr 2020

Ermənilər sosial şəbəkələrdə Azərbaycan əsgərinə heç bir aidiyyəti olmayan saxta videolar paylaşır - MN

Son günlər sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə videolar yayılıb.

ONA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır: “Bu videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu hərbi qanunvericiliyə uyğun olaraq Cenevrə Konvensiyasının tələblərinə riayət edərək hərəkət edir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR