Ermənilərin Daşkəsəndə təxribat məqsədilə basdırdıqları minalar zərərsizləşdirilib - [color=red]FOTO[/color]
  • HƏRBİ

  • 12:19 04 Oktyabr 2022

Ermənilərin Daşkəsəndə təxribat məqsədilə basdırdıqları minalar zərərsizləşdirilib - FOTO

Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir.

ONA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd Э-001 М tipli piyada əleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR