Ermənistan ordusunun qoyub qaçdığı bəzi raketlər kustar üsulla hazırlanıb - [color=red]ANAMA[/color]
  • HƏRBİ

  • 13:52 19 Noyabr 2020

Ermənistan ordusunun qoyub qaçdığı bəzi raketlər kustar üsulla hazırlanıb - ANAMA

“Bu sursatlar kustar üsulla hazırlanıb, zavod istehsalı deyil”.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Füzuli rayonunun işğaldan azad olunan Qorqan kəndində jurnalistlərə açıqlamasında ermənilərin qoyub qaçdığı hərbi sursatları nümayiş etdirən ANAMA-nın əməkdaşı Musa Məmmədov deyib.

Onun sözlərinə görə, bu cür qurğular yaxın keçmişdə İŞİD və PKK terrorçuları tərəfindən istifadə olunub: “Yaxında gördüyümüz 240 mm-lik raketlərin də üzərində hər hansı boya və yazıların olmaması həmin raketlərin də kustar üsulla hazırlanmasına dəlalət edir. Qanuni rus istehsalı olan bu tip raketlər “M-24 F” raketləridir ki, bunlar əsasən iki modifikasiyada olub; maksimum 7 km və 11 km məsafəyə atılanlar və qanunauyğunluqla da partlayıcı çəkiciləri 18 və 27 kq olanlar. Amma Yaxın Şərqdə istifadə olunan kustar üsulla hazırlanan raketlərdə uçuş məsafəsi 18 km-ə qədər, partlayıcı maddə 40 kq-ə qədər artırılıb ki, daha böyük dağıntılar törətsin".

M.Məmmədov deyib ki, burdakı raketlərin üzərində hər hansı boyanın olmaması da hamısının eyni tip, eyni qaynaqdan raketlər olmasına dəlalət edir.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR