• HƏRBİ

    10:01 18 dekabr 2019

Ermənistan Silahlı Qüvvələri Qazax istiqamətində döyüş məntə­qələrini və evləri intensiv atəşə tutub

2019-cu ilin 17 dekabr tarixində saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş möv­qelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqa­mətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

ONA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR